www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Sosial » Goranboy rayonunda qazilərin ziyarəti davam etdirilir

Goranboy rayonunda qazilərin ziyarəti davam etdirilir

Goranboy rayonunun daha bir neçə kəndində İkinci Qarabağ müharibəsi döyüşlərində yaralanan və qazi adını qazanan igid oğullarla, onların ailə üzvləri ilə növbəti görüş keçirilib. 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə keçirilən görüşlərdə qazilər evlərində ziyarət olunur.


Ziyarətdən məmnun qalan qazilər qonaqların istəyi ilə öz döyüş yollarından danışıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində qazanılan Böyük Qələbənin sevinci ilə yaşadıqlarını bildiriblər. Qonaqlar Vətən Müharibəsinin igid oğullarının qayğıları ilə maraqlanıb, qazilərin eləcə də şəhid ailələrinin, qanlı döyüş yolu keçən müharibə iştirakçılarının öz üzərlərində daim dövlətimizin, ölkə rəhbərinin qayğısını hiss edəcəklərini söyləyiblər.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?