www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Təhsil » Orta məktəb müəlliminin direktordan şikayəti

Orta məktəb müəlliminin direktordan şikayəti

Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin müəllimi Mahmudov Emin Bilal oğlu, həmin məktəbin direktoru Namiq Rəcəbov barəsində yazdığı şikayət məktubunu redaksiyamıza göndərib.

Həmin müraciəti olduğu kimi dərc edirik;

Yazılı müraciətlə sizə bildirirəm ki, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin direktoru Rəcəbov Namiqin özbaşınalığı ilə bağlı bütün orqanlara müraciət etmişəm, ancaq tədbir görülməyib. Kəlbəcər Rayon Prokurorluğunda ərizə ilə müraciət etmişəm ancaq baxıram ki, şikayətçi mən olduğum halda şikayət etdiyim Rəcəbov Namiq İsmayıl oğlunu yox, nədənsə müstəntiq Əfsanə xanım məni ittiham etmək fikrindədir. Mən Namiqin diplomunun araşdırılması haqqında müraciət etmişəm, amma mənim diplomumu yoxlayır. Heç deyək mən müəllim deyiləm, adi vətəndaşam onda nə edəcək idi bilmirəm.
Rəcəbov Namiq İsmayıl oğlu İnşaat Universitetin bitirib və ixtisasca inşaatçıdı. Sonradan saxta, mənşəyi məlum olmayan  arayış hesabına Gəncə Müəllimlər İnstitutundan kökü olmayan diplom əldə etmiş və müəllim olmuşdur. İndi də direktordur. Yaxşı onda ali təhsilli müəllimlər necə olacaq. Azərbaycanda müəllim çatışmamazlığı yoxdu. Savadlı kadrlar var təyin etmek olar. Xahiş edirəm araşdırsın görək inşaatçı Namiq hansı yolla və necə diplom əldə edib ki, müəllim olub. Ümumiyyətlə ixtisas dəyişmə kursunda həmin illərdə dərs deyən müəllimləri tanıyırmı?
Həmin illərdə ixtisas dəyişməni bitirən tələbələri tanıyırmı?
Tələbə yoldaşları kimlərdir, adlarını sadalaya bilərmi?
Həmin illərə aid olan tələbə yoldaşları ilə olan foto şəkil təqdim edə bilərmi və ya video çəkilişləri varmı?
Əminəm ki sadaladqlarmın heç biri yoxdur. Cavab verə bilməyəcək. Belə təsadüfü müəllimləri təhsildən uzaqlaşdırmaq lazımdırki, təhsilimiz inkişaf etsin. Həmçinin tele ekran vasitəsilə ictimayiləşdirmək lazımdır. Dərs bölgüsü zamanı Namiq məktəbdə tədris planını kənara qoyub öz qanunları ilə dərs bölür. Məktəbdə qruplaşma yaradaraq ətrafına özünə sərf edən bir qrup dəstə toplayıb, haqqını tələb edənin, dərs bölgüsünə iradın bildir və cəza tədbirləri olaraq dərslərini kəsir. 
Tamah insanı uçuruma aparır. 2019-2020 ci tədris ilində 2 saat dərsimi kəsdi, gördü dinmədim. 1 saat dərsimi yenə kəsdi, yenə dinmədim. 2020-2021 ci tədris ilində yenə dərs bölgüsünü düzgün aparmayıb. DQ- də 21 baldan az toplayan müəllimlərə 18 saatdan çox dərs verilir. Mən isə 30 bal toplamağıma baxmayaraq mənə 14 saat dərs verib. Bəs onda müəllimlər nə üçün DQ - yə getdi. DQ-yə əsasən dərs bölgüsü aparılmalıdır. Namiq nə DQ- yə baxır, nə də müəllimin savadına. Özünə sərf edən kimi öz maraqlarına uyğun olaraq dərs bölgüsü aparır. Mən dəfələrlə dərsimin düzəltməsi ilə bağlı müraciət etməyimə baxmayaraq, faydası olmadı. 
Müraciət edərkən İnşaatçı Namiq bildirirki üç qardaş bu məktəbdə müəllim işləyirsiniz sizə bu qədər dərs bəs edər. Niyə deyən yoxdur ki, ay inşaatçı, müəllim, direktor  Namiq ailə sayına görə dərs bölünmür, tədris planına uyğun  dərs bölünür. 
İnşaatçı Namiq dərs bölgüsü aparırkən maliyyə potensialına yol verib. Dərs bölgüsü ilə yanaşı rəhbərliklərdə də qanuna uyğunsuzluq var. Təhsil qanununa əsasən üç ildən az pedeqoji stajı olan müəllimlərə rəhbərçilik vermək olmaz. İnşaatçı Namiq isə yeni təyin edilmiş gənc müəllimlərə pedeqoji stajı olan müəllimlər olduğu halda öz maraqlarını güdərək rəhbərçilik verib ki, buda qanuna uyğun deyil. Pandemiya dövründə təyin edilən gənc müəllimlər nə şagirdi tanıyır, nə də üzünü görüb, nə də şagird haqqında məlumatı var. Belə olan halda necə rəhbərçilik edə bilər. 
Mən Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvüyəm.   Xahiş edirəm müvafiq orqanlara yönəldin araşdırılsın. Kəlbəcər təhsilindən mütəxəsis göndərməyin. Çünki, Namiq onların da bəzilərin yoldan çıxarıb.

Hörmətlə, E.Mahmudov.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?