www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Təhsil » İnsan həyatında məktəbəqədər təhsilin əhəmiyyəti böyükdür

İnsan həyatında məktəbəqədər təhsilin əhəmiyyəti böyükdür

Tovuz rayon "Qərənfil" körpələr evi uşaq bağçasında tərbiyyə olunan uşaqlar üçün normal şərait yaradılıb.

 Məktəbəqədər təhsil yalnız təhsilin növbəti mərhələsində uşağın nailiyyət göstəricilərinin yüksəldilməsi baxımından əhəmiyyətli olmayıb, həm də gələcəkdə zəruri ehtiyaclarını təmin etməyə maraqlı olan, düşdüyü vəziyyətlərdən çıxmağı bacaran fəal vətəndaşın formalaşdırılmasında böyük rol oynayır.
Ölkəmizin nümunəvi uşaq bağçalarından olan Tovuz rayon "Qərənfil" körpələr evi uşaq bağçasında 150 uşağın təlim-tərbiyyəsi ilə 12 tərbiyəçi və 2 musiqi rəhbəri məşğuldu. Uşaq bağçasının müdüri Səfərova Sevda Dəmir qızı fəaliyyətləri barəsində əməkdaşımıza bunları bildirdi: "Məktəbəqədər təhsilin məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirilir və uşaqların meyil və maraqları, potensial imkanları, təhlükəsizliyi, yaşı nəzərə alınmaqla, öyrədici mühit yaradılması, əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətlərinin inkişaf etdirilməsi, sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların sağlam həyat tərzi keçirməsinin, şəxsiyyətinin harmonik inkişafının təmin olunması kimi məqsədlər daşıyır. Uşaq bağçalarının daha bir üstünlüyü uşağın nitq qabiliyyətinin və ünsiyyət qurmasının inkişafına verdiyi töhfədir. Məsələn, nitq sahəsində uşaqda bunlar sürətlə baş verir: uşaqda dinləmə və başadüşmə vərdişləri inkişaf edir, o, sözləri düzgün tələffüzetmə və danışma bacarığına yiyələnir, öz fikirlərini ardıcıl, sərbəst, rabitəli şəkildə ifadə etməyi bacarır, danışılanı anlayır, onun söz ehtiyatı zənginləşir. Uşaq yaşıdları ilə və böyüklərlə ünsiyyət qurmağı bacarır, özünün hiss, həyəcan və fikirlərini başqalarına çatdırır. Sonrakı mərhələlərdə artıq uşaq sözləri hecalara, cümlələri sözlərə ayırır, öz fikrini başqalarına daha dəqiqliklə çatdıra bilir, şəkil üzrə müstəqil hekayə qurmağı, çap hərfləri ilə sadə sözləri yazmağı bacarır. Bağçamızın tərbiyyəçiləri və musiqi rəhbəri uşaqları bu istiqamətdə böyümələri üçün günün tələblərinə və normatiflərə uyğun fəaliyyət göstərirlər. Bizim kollektivin məqsədə uyğun fəaliyyəti valideynlərin də ürəyincədir. Biz bundan sonra da fəaliyyətimizi bu istiqamətdə quracarıq".












ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?