Ot kök üstə bitər

Həqiqət Şükürovanı gölgə altına alanların menyusuna...

Şükürovlardan söhbət açacam...
Hansı Şükürovlardan? 
Çox düşünməyin...
Ata Şükürov Əvəz  Kərəm oğlu 1926-cı ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuşdur. Elə həmin kənd məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmisdir.
1944-cü ildən Kəlbəcər rayon icra komitəsi kənd təsərrüfatı şöbəsinin aqranomu, “Pravda” kolxozunun sədri olmuşdur.
1950-1953-cü illərdə Zülfüqarlı və Abdullauşağı kənd sovetinin sədri, rayon kənd təsərrüfatı şöbəsinin aqranomu, 1954-1964-cu illərdə isə yenə də “Pravda” kolxozunun sədri vəzifəsində işləmişdir. Eyni zamanda 1958-1968 illərdə V-VI çağırış Azərbaycan SSR Ali sovetinin deputatı olmuşdur. Uzun illər Kəlbəcər və Zərdab rayonlarında muxtəlif rəhbər vəzifələrdə çalışmişdir.
1993-1995-ci illərdə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərmişdir.
1995-ci ildən Kənd Təsərrüfatı Nazirliyində baş mutəxəssis işləmişdir. 2006-cı il yanvarın 20-də Bakı şəhərində vəfat etmişdir.
Kəlbəcər rayonunun, həmçinin ölkəmizin  tanınmış ictimai-siyasi xadimlərindəndən olan Əvəz Şükürovunun qızı Həqiqət xanım Şükürova barəsində son zamanlar bəzi saytlarda və sosial şəbəkələrdə xoşagəlməz konpaniya gedir. Bir xanıma qarşı bu cür çamur atmalar ürək bulandırmaqdan başqa bir şey deyil.
Həqiqət xanım Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun qardaşıdır.
Həqiqət xanım, həmçinin tanınmış təhsil mütəxəssisi, Respublikanın əməkdar müəllimi Elmira xanım Şükürovanın bacısısıdır.
Həqiqət Şükürovanın rəhbərlik etdiyi 23 saylı köçkün orta məktəbində bütüin tədris qaydalarına əməl edilir. 29 il düşmən işğalında inildəyən Kəlbəcər rayonunun 23 saylı köçkün orta məktəbində tədris öz qaydaslnda gedir.
Bu məktəbin direktoru Həqiqət xanım Şükürova, tədrisin yüksək səviyyəsində getməsi barədə öz tapşırıqlanı verir və dövlətin təhsil proqramına uyğun olaraq, məktəbi mövcud qaydalara əməl edərək, idarə edir.
Peşəsindən və vəzifəsindən asılı olmayaraq kimsənin işdən kənar həyatına müdaxilə etməyə heç kimin haqqı yoxdu.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?