www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Təhsil » Direktordan 13 yaşlı şagirdə əxlaqsız təklif: “Sinəni aç” - FOTO

Direktordan 13 yaşlı şagirdə əxlaqsız təklif: “Sinəni aç” - FOTO

Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq təklif etməsi iddia olunur.

Lent.az xəbər verir ki, iddia ilə rayonun Pirkənd kənd orta məktəbinin 8-ci sinif şagirdi, 2007-ci il təvəllüdlü N.H-nın atası, üçüncü qrup gözdən əlil Elmin Həşimov çıxış edib.
O bildirib ki, məktəbin direktoru 60 yaşlı Tapdıq İsayev qızını öz otağına çağırıb:
“Birinci dəfə qızımı tənəffüsdə otağına çağırıb, getməyib. Sonra dərs vaxtı adam göndərib ki, qızım otağına getsin. Qızım otağına gedəndə isə deyib ki, sənin atan səni oxutdurmayacaq. Mən səni oxutduracam, qiymətlərinin yazılmasına kömək edəcəm. Sonra da onun sinəsinə baxıb və deyib ki, sinəni aç. Qızım qorxub, otağından çıxıb. Olanları da ağlaya-ağlaya anasına danışıb. Məndən gizlədib ki, birdən gedib direktoru öldürərəm”.
Azyaşlının atası qeyd edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları, prokurorluğa şikayət edib:
“Qızımdan da bununla bağlı izahatlar alınıb”.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?