www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Təhsil » Zəfər ilinin ilk "Son zəngi" Ağdam 12 saylı məktəbdə də çalındı - FOTOLAR

Zəfər ilinin ilk "Son zəngi" Ağdam 12 saylı məktəbdə də çalındı - FOTOLAR

Köçkün kimi dünyaya gələn və köçkün məktəbində təhsil alan məzunlar köçkün olmadan "Son zəng" tədbiri keçirtdi.

Bu gün Respublikamızın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Ağdam rayon 12 saylı köçkün tam orta məktəbində də "Son zəng" tədbiri keçirilib. 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "son zəng" tədbirlərinin keçirilməsi qaydasına müvafiq olaraq, açıq hava şəraitində baş tutan mərasimində çıxış edən məktəbin direktoru, gənc pedaqoq Zərif xanım Mehtiyeva çıxış edərək məzunları təbrik edərək, onlara hədəflədikləri yolda uğurlar arzu etdi. 
Qeyd edək ki, bu məktəb 1993-94-cu tədris ilindən etibarən Bərdə rayonunda köçkünçülük şəraitində fəaliyyət göstərir. Bu ilki məzunlar bu dünyaya məcburi köçkün kimi gəliblər və qismətlərinə köçkün məktəbinin şagirdi və məzunu olmaq yazılıbmış. Ancaq, sevindirici haldır ki, artıq o məzunlar köçkün deyil və gələcəkdə yiyələnəcəkləri ixtisaslar üzrə azad Ağdam rayonunda fəaliyyət göstərəcəklər.
Uğurlar sizə, əziz məzunlar!









ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?