www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Təhsil » 26 mindən çox abituriyent imtahan verəcək

26 mindən çox abituriyent imtahan verəcək

1-2 iyul 2021-ci il tarixlərində növbəti imtahanlar keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, imtahanlar saat 11:00-da başlanır. 
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 
Qeyd olunan tarixdə aşağıdakı imtahanlar keçiriləcək:
- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;
- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;         
- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.
İyulun 1-də keçiriləcək imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran, iyulun 2-də keçiriləcək imtahanlar isə Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 2 022 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 120 ümumi imtahan rəhbəri, 342 imtahan rəhbəri, 2 504 nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi ayrılıb.
İyulun 1-də keçiriləcək imtahanlarda 17 012, iyulun 2-də keçiriləcək imtahanlarda isə 9 083 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.
İmtahanlarda 44 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?