www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Təhsil » Bu gün universitetlərə qəbul imtahanı keçiriləcək

Bu gün universitetlərə qəbul imtahanı keçiriləcək

Bu gün 17 min abituriyent imtahan verəcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır.
Belə ki, Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəranda əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilir.
İmtahanlarda 32 nəfər fiziki məhdudiyyətli (görmə və eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 76 imtahan binası, 1 294 imtahan zalı ayrılıb. İmtahanın idarəolunmasına 76 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 1 615 nəzarətçi-müəllim, 152 buraxılışı rejimi əməkdaşı (mühafizə), 76 bina nümayəndəsi ayrılıb.
Bu gün keçiriləcək imtahanlarda 17 012 abituriyentin iştirakı nəzərdə tutulur.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?