www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Təhsil » Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin “Həmkardan həmkara dəstək”layihəsinin qalibi Quliyeva Səidə Nadir qız oldu. 

Layihənin məqsədi; Məktəblərdə metodiki işi FMB köməyi ilə həyata keçirməklə, ixtisasini yaxşı bilən müəllimlərin köməyindən, təcrübəsindən istifadə etməklə fəaliyyəti daha da təkamül hala gətirməkdir.
Layihə ərzində iştirakçılara kitabça, təlim materialı, disk və sertifikatlar təqdim olunacaq.
Layihənin icra müddəti: 15 sentyabr 2020-ci il-15 dekabr 2020-ci il
Layihə ərzində Ucar rayonunun məktəb müəllimləri üçün 6 təlim keçiriləcək. Hal-hazırda təlimlər davam edir.
21.11.2020 - ci il tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin "Həmkardan həmkara dəstək"layihəsinin onlayın 3-cü təlimi MC Teams proqramı üzərində keçirildi. Təlimdə layihə rəhbəri; Quliyeva Səidə, təlimçi; Abbasova Fatma, ekspertlər; Baxşəliyev Elburus, Zakirova Nigar və Ucar rayonunun 7 məktəb (Qaradağlı kənd tam orta məktəb, Qaradağlı kənd ümumi orta məktəb, Çiyni kənd tam orta məktəb, Alpout kənd 1 nömrəli tam orta məktəb, Alpout kənd 2 nömrəli tam orta məktəb, Qarabörk kənd tam orta məktəb, Rəstəcə kənd tam orta məktəb) müəllimləri iştirak etdilər
Təlimçi Abbasova Fatma Məktəblərdə fənn metodbirləşmələrin fəaliyyəti necə təşkil olunmalıdır? Bu haqda ətraflı məlumat verdi.
Sonda iştirakçılara onlayn sertifikatlar təqdim olundu.






ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?